AZ

Tramp: Rusiya qarşı nə edəcəyimə iki həftə ərzində qərar verəcəyəm

BAKI, 22 avqust. TELEQRAF

Sülh prosesinin heç bir aspektindən məmnun deyiləm.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna ilə müharibəsini dayandırmaq cəhdləri haqqında danışarkən bildirib.

O qeyd edib ki, hələ Rusiya Prezidenti Vladimir Putini Ukrayna lideri Volodimir Zelenski ilə görüşməyə razı sala bilməyib.

"Arada çox böyük nifrət var. Amma baxaq görək nə olacaq. Düşünürəm ki, iki həftə ərzində hara gedəcəyimi biləcəyik", - Tramp deyib.

O bildirib ki, bu müddət başa çatdıqdan sonra ya Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edəcək, ya da heç nə etməyəcək.

Tramp həmçinin Rusiyanın Zakarpatye vilayətinin Mukaçevo şəhərində yerləşən ABŞ zavoduna zərbə endirməsindən məmnun olmadığını söyləyib.

Seçilən
7
1
teleqraf.com

2Mənbələr