AZ

Millimizin Ukrayna ilə oyununun yeri dəyişdirildi

Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri dəyişdirilib.

QOL.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. 

UEFA D qrupunun IV turu çərçivəsində oktyabrın 13-də baş tutacaq görüşü Krakov şəhərinin “Krakoviya” stadionuna təyin edib. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Qeyd edək ki, daha əvvəl oyunun Vrotslav şəhərindəki “Tarçinski Arena”da keçirilməsi planlaşdırılırdı.
Seçilən
18
30
sherg.az

10Mənbələr