AZ

208 abituriyent imtahan vermədən tələbə oldu

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi ali məktəblərə qəbulun nəticələrini açıqlayıb.

DİM-dən Globalinfo.az-a bildirilib ki, bu il müxtəlif yarışlarda yüksək nəticə göstərən bəzi abituriyentlər müsabiqədənkənar ali təhsil müəssisələrinə yerləşdiriliblər.

Belə ki, 2 nəfər beynəlxalq fənn olimpiadası, 88 nəfər respublika fənn olimpiadası, 83 nəfər beynəlxalq idman yarışlarının qalibi olduğu, 35 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı (IB) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
48
9
globalinfo.az

10Mənbələr