AZ

Trampdan Putin-Zelenski görüşü barədəŞOK ETİRAF

ABŞ Prezidenti Donald Tramp etiraf edib ki, Putin və Zelenski arasında mümkün görüş istənilən nəticəni verməyə bilər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, Ağ Evdə çıxışı zamanı danışıb.

 

ABŞ lideri sözügedən görüşdə iştirakının mümkün olduğunu da qeyd edib.

 

Tramp vurğulayıb ki, o, iki həftə ərzində Ukrayna ətrafında hadisələrin hansı istiqamətdə inkişaf etdiyini müəyyən etmək istəyir.

 

ABŞ Prezidenti əlavə edib ki, Ukrayna üzrə sülh danışıqlarının ləngiməsinə kimin cavabdeh olacağına dair məhz 14 gün ərzində qərar verəcək.

 

O həmçinin bildirib ki, Ukrayna məsələsindəki dinamikadan asılı olaraq, ABŞ sanksiyalara, tariflərə əl ata və ya danışıqlar prosesindən geri çəkilə bilər.

Seçilən
0
4
senzor.az

5Mənbələr