AZ

AİB Azərbaycanın infrastrukturunun iqlimə davamlılığını artırmaq üçün layihələr hazırlayacaq

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın infrastrukturunun iqlimədavamlılığının artırılmasına yönələn layihələr hazırlayacaq.

Bu barədə Trend AİB-in Azərbaycanla 2025-2029-cu illər üçünTərəfdaşlıq Strategiyasına istinadən xəbər verib.

"Azərbaycan davamlı iqtisadi artımı poza biləcək müxtəlif təbiitəhlükələrə məruz qalır. Su ehtiyatlarının çatışmazlığı kəndtəsərrüfatı istehsalı, məşğulluq, su təchizatı və su elektrikenerjisi istehsalı üçün ciddi təhlükə yaradır. Buzlaqların əriməsigüclü daşqınlara, torpaqların deqradasiyasına və su anbarları kimiinfrastrukturun zədələnməsinə səbəb ola bilər. Bu riskləri azaltmaqüçün AİB iqlimə davamlı infrastruktur yaratmaq, ekosistemləriqorumaq və həssas icmaları qorumaq üçün iqlim təhlükələri vəfəlakət risklərinin ciddi təhlili əsasında layihələr hazırlayacaq.İqlim dəyişikliyinə uyğunlaşma və fəlakət risklərinin idarəedilməsinin gücləndirilməsi üzrə tədbirlər bu TərəfdaşlıqStrategiyasının tərkib hissəsidir", - deyə sənəddə bildirilib.

AİB qeyd edir ki, Azərbaycan zəngin təbii ehtiyatlara vəmüxtəlif iqlim qurşaqlarına malikdir. Qlobal istixana qazıemissiyalarına cəmi 0,1% töhfə verməsinə baxmayaraq, ölkəsəhralaşma, su qıtlığının artması və dəniz səviyyəsinin aşağıdüşməsi də daxil olmaqla iqlim dəyişikliyinin ciddi təsirləri iləüzləşir.

"Bu çağırışlara cavab olaraq hökumət 2024-cü ildə iqlimdəyişikliyinə uyğunlaşma üzrə milli plan hazırlayıb və vəyenilənmiş milli səviyyədə təyin olunan töhfələr 2025-ci ildə elanediləcək. Azərbaycan özəl investorların əhəmiyyətli iştirakı iləbərpa olunan enerjinin ümumi quraşdırılmış istehsal gücündə, ocümlədən ixracda payının artırılması istiqamətində fəal iş aparır.Həmçinin aşağı karbonlu regional nəqliyyat və logistikaşəbəkələrinə investisiya qoymaqla gəlirləri diversifikasiya etməyiplanlaşdırılır. Digər məqsəd bacarıqların inkişafı, iqlimə davamlıinfrastruktur, yüksək əlavə dəyərli kənd təsərrüfatı məhsulları vəkiçik və orta biznesə dəstək proqramları vasitəsilə, o cümlədəninkişaf etməmiş regionlarda məhsuldarlığı artırmaqdır. Məcburiköçkünlərin məskunlaşmasının dəstəklənməsi də hökumətin prioritetvəzifəsidir", - strategiyada bildirilib.

Seçilən
10
1
az.trend.az

2Mənbələr