Müasir dövrdə gənc ailələr övladlarına xarici adlar verməyə üstünlük göstərirlər.
Statistikaya görə, ötən il və bu ilin avqust ayınadək uşaqlara qoyulan adlar arasında Raul, Melisa, Miran, Milay kimi adlara daha çox rast gəlinib.
Mövzu ilə bağlı açıqlama verən Mail Yaqub bildirib ki, qloballaşma dövründə insanlar digər xalqlarla ünsiyyətdə olduqlarından, bəyəndikləri adları övladlarına verirlər. Lakin o, milli adların arxa plana keçməsinin arzuolunan hal olmadığını da vurğulayıb:
"Bir azərbaycanlı kimi istəməzdim ki, milli adlarımız kənarda qalsın".
Ətraflı Baku TV-nin süjetində: