AZ

Yuxu pozası üzdə qırış yaradır – Kosmetoloqdan xəbərdarlıq

Üzdə qırışların daha gec yaranması üçün dəriyə düzgün qulluq vacibdir.
 
Kosmetoloq Yana Katina vaxtından əvvəl qırışlara səbəb olan vərdişləri açıqlayıb.
 
Həkim ilk növbədə günəşdən və ultrabənövşəyi şüalardan qorunmağı vacib hesab edir. Onun sözlərinə görə, günəşdən qoruyucu kremlərdən yalnız çimərlikdə deyil, gündəlik də istifadə olunmalıdır.
 
Mütəxəssis həmçinin üz üstə və ya bədənin bir hissəsi üstündə yatmağın da zərərli olduğunu bildirib. Bu zaman dəri gecə boyu yastıq parçasına sürtünərək qırışların əmələ gəlməsinə səbəb olur.
 
Qırışların yaranmasına gətirib çıxaran digər amil isə gözlərin tez-tez qıyılması və üz əzələlərinin mütəmadi gərgin saxlanmasıdır.
 
Katina siqaretdən və spirtli içkilərdən imtinanı da məsləhət görüb. Onun sözlərinə görə, bu vərdişlər dərinin sağlamlığına güclü mənfi təsir göstərir. /oxu.az/
 
Seçilən
21
3
moderator.az

4Mənbələr