Azərbaycan komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri dəyişdirilib.
Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı AFFA yayıb.
AFFA-danverilən məlumata görə, UEFA D qrupunun IV turu çərçivəsində oktyabrın 13-də baş tutacaq görüşü Krakov şəhərinin “Krakoviya” stadionuna təyin edib.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
Daha əvvəl oyunun Vrotslav şəhərindəki “Tarçinski Arena”da keçirilməsi planlaşdırılırdı.