AZ

Günəşdə güclü partlayış baş verib

Alimlər bu gün Günəşdə “M” sinifli alışma qeydə alıblar.

Bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

“Avqustun 22-də Bakı vaxtı ilə saat 22:51-də rentgen diapazonunda 72 dəqiqə davam edən “M1.7” (S18E87) məşəli qeydə alınıb”, – alimlər bildiriblər. Eyni zamanda, proqnozlara əsasən, avqustun 23-də maqnit sahəsinin sakit keçəcəyi gözlənilir.

Günəş alovları rentgen şüalanma səviyyəsinə görə beş kateqoriyaya bölünür: A, B, C, M və X. Minimum sinif A0.0 Yer orbitində hər kvadrat metrə 10 nanovat olan radiasiya gücünə uyğundur. Növbəti sinfə keçərkən güc 10 dəfə artır.

Seçilən
16
27
tribunainfo.az

10Mənbələr