Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" Bundesliqa 2-də növbəti oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" səfərdə "Elversberq"lə qarşılaşıb.
Görüşdə hesabı ev sahibləri açıb. İlk hissədə başqa qol olmayıb.
İkinci hissədə "Kayzerslautern" hesabı bərabərləşdirməyə bacarıb. Lakin "Elversberq" 90+2-ci dəqiqədə vurduğu qolla görüşdən qələbə ilə ayrılıb - 2:1.
M. Emreli oyuna start heyətində başlayıb və 72-ci dəqiqədə əvəzlənib.