AZ

Rusiyalı alpinist 4 il əvvəl ərini itirdiyi dağda özü də həlak olub - FOTO

Rusiyalı alpinist Natalya Naqovisina Qırğızıstanda Qələbə zirvəsində, 7 min metr hündürlükdə ayağı sınmış vəziyyətdə ilişib qaldıqdan sonra həyatını itirib.

İdman.biz xəbər verir ki, alpinist avqustun 12-də eniş zamanı xəsarət alıb.

Onun cəsədinin helikopterlə dağdan götürülməsi yalnız hava şəraiti yaxşılaşdıqdan sonra mümkün olacaq.

Bu səbəbdən Naqovisinanın cəsədi üçün cəlb olunan xilasetmə qrupu da 4,5 min metr hündürlükdəki mövqelərindən geri çağırılıb.

Qeyd edək ki, 4 il əvvəl Naqovisinanın həyat yoldaşı Xan-Tenqri zirvəsinə qalxış zamanı iflic olub. Həmin vaxt yalnız onunla birgə olan Natalyanı evakuasiya etmək mümkün olib. Bir il sonra alpinist sözügedən zirvəyə yenidən qalxaraq ərinin xatirəsinə lövhə qoyub.

İdman.biz

Seçilən
25
2
idman.biz

3Mənbələr