AZ

Ukrayna qırıcısı qəzaya uğradı: pilot öldü

  Ukraynada MiQ-29 qırıcısı qəzaya uğrayıb.

Referans APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin MiQ-29 qırıcısı döyüş tapşırığını yerinə yetirdikdən sonra eniş zamanı qəzaya düşüb. Hadisə nəticəsində pilot həlak olub.

“2025-ci il avqustun 23-nə keçən gecə 1979-cu il təvəllüdlü mayor Sergey Viktoroviç Bondar döyüş tapşırığını yerinə yetirdikdən sonra eniş edərkən həlak olub”, – məlumatda qeyd olunub.

Qəzanın səbəbləri araşdırılır.  

Seçilən
32
23
referans.az

10Mənbələr