AZ

Bakının İsrailə kömək etməsinə dair heç bir sübut yoxdur - TŞ katibi

"Biz sübutlarla danışmalıyıq. Bəzi insanlar ağızlarına gələni deyir, lakin dəqiq istinadlar təqdim etmirlər. Hələ ki heç bir istinad yoxdur".

Turkustan.az khamenei.ir-ə istinadla xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əl Laricani deyib.

O, İsraillə 12 günlük müharibə zamanı Azərbaycan ərazisindən hücumlara dair iddiaları təkzib edib:

"Azərbaycan hökuməti açıq-aydın deyir ki, belə bir şey olmayıb və bizim də hələ masaya qoymaq üçün heç bir əks-dəlilimiz yoxdur. Onu da nəzərə alın ki, Azərbaycan qonşu müsəlman ölkədir, mədəni əlaqələr baxımından bizə çox yaxınr və dostumuzdur.

İndi bir sahədə (İsraillə əlaqə - red.) bizimlə fikir ayrılıqları var, cənub bölgəsində İsraillə əlaqələri olan ölkələr kimi. Təbii ki, ölkələrlə dostluğumuzda bu amilə mütləq diqqət yetiririk. Dostluq mübahisəli məsələdir. Bir çox ölkə ilə dost ola bilərsiniz və bir çoxu ilə əksinə. Münasibətlərimiz olan Rusiya və Çin kimi böyük dövlətlərin də İsraillə əlaqələri var.

Azərbaycan hökumətinin verdiyi izahatlarda onların bizə qarşı hər hansı tədbir gördüyü göstərilməyib. Ən azından bununla bağlı indi Təhlükəsizlik Şurasında ciddi əks-sübutlar yoxdur və inanırıq ki, qonşu, müsəlman və dost Azərbaycan bunu etməyib. Əlimizdə də heç bir sübut yoxdur, əks halda başqa cür hərəkət edərdik"./Yenisabah.az/

Seçilən
4
2
turkustan.az

3Mənbələr