AZ

Yol polisi sürücülərə müraciət etdi – VİDEO

  Azərbaycanda sürücülərin yorğunluğu və yuxusuzluğu ilə əlaqədar yol-nəqliyyat hadisələrinin sayı artmaqdadır.

Referans xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürüclərə müraciətində qeyd edilib.

Qeyd edilib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünyada baş verən yol-nəqliyyat hadisələrinin təxminən 10-20%-i sürücülərin yorğunluğu və yuxusuzluğu ilə əlaqədardır.

“Son zamanlar təəssüf ki, ölkəmizdə də məhz bu səbəbdən baş verən yol-nəqliyyat hadisələrinin sayı artmaqdadır. Sükan arxasında cəmi bir neçə saniyəlik yuxulama həm sürücü, həm də digər hərəkət iştirakçılarının həyatı üçün ciddi təhlükə yaradır. Yorğun və yuxusuz halda sükan arxasına keçməyin, uzun səfərlərdə mütəmadi fasilə verin, dərman preparatlarından istifadə zamanı onların təsirinə diqqətlə yanaşın”, – deyə məlumatda bildirilib.  


Seçilən
12
7
referans.az

9Mənbələr