AZ

"Kneecap" qrupu Fransadaki festivalda çıxış edəcək

Hollivudda cinsi istismar iddiaları ilə gündəmə gəldikdən sonra karyerasında durğunluq yaşanan aktyor Kevin Speysi rejissorluq debütü olan “Holiguards Saga – The Portal of Force” adlı elmi-fantastik trillerin tanıtımı ilə Venesiyaya qayıdır.

Kulis.az xəbər verir ki, filmin treyleri 29 avqustda baş tutacaq xüsusi gala gecəsində təqdim olunacaq.

Lakin Venesiya Film Festivalı bu tədbirin rəsmi proqramlarına daxil olmadığını, Speysinin geri dönüş kampaniyasının festivalın bir hissəsi olmadığını bildirib.

Kannda olduğu kimi, bu dəfə də aktyor rəsmi proqramdan kənarda özəl tədbirdə iştirak edəcək.

Qeyd edək ki, filmdə Kevin Speysi ilə yanaşı Dolf Lundqren, Tirese Gibson və Brianna Hildebrand kimi aktyorlar da yer alır.

Seçilən
13
kulis.az

1Mənbələr