Rusiyalı alpinist Nataliya Naqovitsina Qırğızıstanın Pobeda zirvəsində 1 həftədən çoxdur 7000 metr hündürlükdə köməksiz vəziyyətdə qalıb.
Tribunainfo.az “Mash” teleqram kanalına istinadən xəbər verir ki, 47 yaşlı alpinist yüksəklikdən enərkən ayağını sındırıb.
Dronla çəkilmiş görüntülərdən alpinistin sağ olduğunu və yırtıq çadırda qaldığını görmək mümkün olub.
Lakin hava şəraiti uyğun olmadığı üçün ona yardım göstərə bilməyiblər.
Bir çox mənbə Nataliyanın cəsədinin tapıldığını bildirsə də, Rusiya Alpinizm Federasiyasından TASS-a məlumatı təkzib ediblər: “Nataliya Naqovitsinanın ölümü təsdiqlənməyib. Axtarışlar hava şəraiti ilə əlaqədar dayandırılıb. Bundan sonra nə olacağı havadan asılıdır. Onun sağ olub-olmaması məlum deyil”.
Onu da qeyd edək ki, Nataliyanın həyat yoldaşı Sergey Naqovitsin 2021-ci ildə Tyanşan dağlarında yerləşən Xan Tenqri zirvəsinə qalxarkən vəfat edib. Nataliya ilə birgə edilən bu səfər zamanı 6900 metr yüksəklikdə Sergey insult keçirib.
