AZ

“Şimşek K” ilk dəfə RATO sistemi vasitəsilə yerdən havalanıb

TUSAŞ tərəfindən hazırlanmış “Şimşek K”, raketlə dəstəklənən uçuş sistemi (RATO – Rocket Assisted Take Off) vasitəsilə ilk dəfə yerdən havaya qalxıb.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Komitəsinin sədri Haluk Görgün özünün “X” hesabında paylaşım edib.

Bildirilib ki, bununla da “Şimşek K” həm hədəf təyyarə, həm də kamikadze PUA missiyalarında istifadə edilə bilmək imkanına sahib olub.

“Bu addım əməliyyat çevikliğimizi artıran və çəkindiriciliyimizi gücləndirən, tamamilə milli imkanlarla hazırlanmış texnologiyaların konkret göstəricisidir”, – deyə paylaşımda qeyd edilib.

Seçilən
1
poliqon.az

1Mənbələr