AZ

Britaniyanın xarici işlər naziri icazəsiz balıq tutduğuna görə rəsmi xəbərdarlıq alıb

London, 22 avqust, AZƏRTAC

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ABŞ-ın vitse-prezidenti Cey Di Venslə birlikdə lisenziya almadan balıq tutduğu üçün Ətraf Mühit Agentliyi tərəfindən rəsmi xəbərdarlıq alıb.

AZƏRTAC “Sky News”a istinadla xəbər verir ki, Devid Lemmi avqustun 8-də Kent qraflığındakı Çevninq iqamətgahında Vens və onun övladlarını qonaq edərkən inzibati səhlənkarlıq səbəbindən balıq ovu üçün tələb olunan icazəni əldə etməmişdi. Daha sonra nazir səhvini başa düşərək, özü bu barədə agentliyə məlumat verib. XİN sözçüsü bildirib ki, səhvini başa düşən Devid Lemmi daha sonra lisenziya əldə edib.

Qanunvericiliyə əsasən, İngiltərə və Uelsdə 13 yaşdan yuxarı şəxslər şirin sularda balıq tutmaq üçün icazə almalıdırlar. Bu qaydanı pozanlar 2500 funtadək cərimə oluna bilərlər.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
25
3
azertag.az

4Mənbələr