AZ

Sunami zamanı sualtı qayıqlar təhlükəsiz olur?

Bir çox insanlar sunami zamanı sualtı qayıqların ən etibarlı sığınacaq olduğunu düşünürlər. Onların möhkəm polad gövdəsi və dərinlikdə hərəkət etməsi belə bir təsəvvür yaradır. Lakin ekspertlər bildirirlər ki, bu fikirlər yalnız qismən doğrudur.

Milli.Az xəbər verir ki, bu barədə "Slash Gear" nəşri məlumat yayıb.

Sunami dərinlikdə necə müşahidə olunur?

Okeanın dərin qatlarında sunami, filmlərdə göstərildiyi kimi böyük su divarı formasında deyil, əksinə, təzyiqdə kiçik dəyişikliklərə səbəb olan uzun dalğa kimi hiss olunur. Sualtı qayıqlar adətən 150-400 metr dərinlikdə hərəkət etdikləri üçün bu dalğaların təsirini demək olar ki, hiss etmirlər.

Səth və dayaz sularda təhlükə artır

Əgər sunami zamanı sualtı qayıq səthə yaxın olarsa, vəziyyət olduqca riskli olur. Güclü dalğalar tonlarla metal gövdəni belə qaldırıb aşırda bilər. Hətta gövdə zədələnməsə belə, idarəetmə sistemləri və elektronika sıradan çıxa bilər. Dayaz sularda isə dalğaların güclü təsirləri qayıqların sabitliyini poza bilər.

Dərinlik həmişə qoruma təmin etmir

Nadir hallarda, məsələn, 2004-cü ildə Hind okeanında baş verən sunamida dalğaların enerjisi dərin qatlara qədər yayılıb. Elmi araşdırmalara görə, 400 metrdən dərin olan qayıqlar bu zaman daha çox təhlükəsiz hesab olunur. Lakin əgər sunami asteroidin düşməsi və ya nüvə partlayışı kimi fövqəladə səbəblərdən yaranıbsa, nəticələr proqnozlaşdırıla bilməz.

Titan gövdənin üstünlükləri

Hazırda yalnız iki rus sualtı qayığı "Komsomolyets" və "Loşarik" titan gövdəyə sahibdir və 1000 metrdən dərinliyə enə bilir. Belə dərinliklərdə sunami təhlükəsi yoxdur. Bundan başqa, Aralıq dənizi kimi qapalı su hövzələrində yerləşən qayıqlar da okean mənşəli sunamilərdən nisbətən qorunurlar.

Mütəxəssislər vurğulayırlar ki, dərin sularda sualtı qayıqlar sunami zamanı ən təhlükəsiz yerlərdən biri sayılır. Lakin heç bir texnologiya təbiətin gücü qarşısında tam təminat verə bilməz.

Kənan
Milli.Az

Seçilən
10
2
milli.az

3Mənbələr