AZ

Azərbaycan–Türkmənistan–Özbəkistan: Regional inteqrasiyada yeni başlanğıc

Bakı. Trend:

Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlhamƏliyev, Türkmənistan Xalq Məsləhətinin sədri QurbanquluBerdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyeviniştirakı ilə keçirilən görüş region üçün mühüm strateji əhəmiyyətkəsb edir.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılovabildirib.

S. Mikayılova qeyd edib ki, bu üç qardaş ölkənin liderlərininbir araya gəlməsi yalnız üçtərəfli münasibətlərin deyil, həm dəbütövlükdə Orta Asiya və Cənubi Qafqaz regionlarının gələcəkinkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından vacibhadisədir:

"Bu görüşün önəmi bir neçə aspektdə özünü göstərir. İlk növbədə,Azərbaycan, Türkmənistan və Özbəkistan coğrafi baxımdan Şərq iləQərbi, həmçinin Şimal ilə Cənubu birləşdirən vacib körpüfunksiyasını yerinə yetirən ölkələrdir. Bu isə onları regionalnəqliyyat-logistika, enerji və ticarət əlaqələrinin inkişafındaəsas aktorlara çevirir".

S. Mikayılova əlavə edib ki, Azərbaycan və Türkmənistan xalqlarıarasında əlaqələrə nəzər salsaq görərik ki, qədimdən bu günə qədərOrta Asiya və Qafqaz regionunda yerləşən türkdilli qardaşxalqlardır.

“Hər iki xalqın mədəniyyətində türklüyün ortaq elementləri, diniinanclar və adət-ənənələr dərin köklərə malikdir. Azərbaycan vəTürkmənistan müstəqillik qazandıqdan sonra qarşılıqlı hörmət vədostluq ruhunda siyasi münasibətlər qurublar. İki ölkə arasındaəlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir və bu, xüsusilə Xəzərdənizi məsələlərində, enerji resurslarının bölüşdürülməsi vəregional təhlükəsizlik sahəsində özünü göstərir. Son illərdə,xüsusilə Xəzər dənizində yerləşən enerji yataqları üzrə əldə edilənrazılaşmalar iki ölkənin əməkdaşlığını daha da möhkəmləndirib.“Dostluq” yatağının birgə işlənməsi ilə bağlı qərarlar iki ölkəarasındakı qarşılıqlı etimadın göstəricisidir", - deputatvurğulayıb.

Onun sözlərinə görə, görüşdə ölkələr arasında bir neçə sənədinimzalanması dövlətlərarası əlaqələrin daha da genişlənməsinə səbəbolacaq:

"İmzalanan sənədlərdən biri ölkəmizlə Türkmənistan arasındabeynəlxalq hava əlaqələrinin gələcək inkişafı barədə imzalanmışAnlaşma Memorandumudur. Bu sənəd iki ölkənin hava nəqliyyatısahəsində əməkdaşlığının genişləndirilməsinə yönəlib. Bununbeynəlxalq hava marşrutlarının yaradılması, sərnişin və yükdaşımalarının artırılması, həmçinin qarşılıqlı turizm və iqtisadiəlaqələrin inkişafına töhfə verməsi gözlənilir. Rəqəmlərə nəzərsalsaq görərik ki, bu ilin altı ayında Türkmənistandan Azərbaycanasəfər edən turistlərin sayı artıb. Bu anlaşmadan sonraTürkmənistandan ölkəmizə gələn turistlərin sayının daha da artacağıgözlənilir".

S. Mikayılova vurğulayıb ki, Füzuli şəhəri ilə TürkmənistanınArxadağ şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqındaProtokolun imzalanması da böyük əhəmiyyət daşıyır.

"Bu sənəd iki şəhər arasında qarşılıqlı dostluq, mədəniyyət,iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın inkişafını nəzərdətutur. Qardaşlaşma əlaqələri çərçivəsində tərəflər təcrübəmübadiləsi, birgə layihələrin təşkili, turizm və təhsil sahəsindəəməkdaşlıq, həmçinin sosial və mədəni tədbirlərin keçirilməsi üzrəfəaliyyət göstərəcək. Bu addım Azərbaycan-Türkmənistanqardaşlığının daha da möhkəmlənməsinə və xalqlarımız arasındadostluq münasibətlərinin inkişafına xidmət edir. Füzuli şəhərininyenidən qurulması və inkişafı prosesində Arxadağ şəhəri iləəməkdaşlıq əlaqələrinin qurulması, bölgədə sülh və sabitliyinbərqərar olması baxımından xüsusi önəm daşıyır. Türkmənistanınhədiyyə olaraq Füzulidə məscid tikməsi isə ölkəmizə olan dəstəyinbariz nümunəsidir", - o əlavə edib.

Deputat bildirib ki, Azərbaycan, Türkmənistan və Özbəkistanarasında nəqliyyat və logistika sahəsində əməkdaşlığıngücləndirilməsi məqsədilə də Anlaşma Memorandumu imzalanıb:

"Bu sənəd üç ölkə arasında nəqliyyat infrastrukturlarınınəlaqələndirilməsi, yük və sərnişin daşımalarının asanlaşdırılması,logistika xidmətlərinin təkmilləşdirilməsi və regional nəqliyyatdəhlizlərinin inkişafı üzrə əməkdaşlığı nəzərdə tutur. Memorandum,həmçinin Orta Asiya və Qafqaz regionlarında iqtisadi inteqrasiyanındərinləşdirilməsi və ticarət əlaqələrinin genişləndirilməsi üçünmühüm platforma yaradır. Tərəflər sənəd çərçivəsində qarşılıqlıtəcrübə mübadiləsi, texniki dəstək və investisiya imkanlarınınartırılması istiqamətində də fəaliyyət göstərəcəklər. Bu əməkdaşlıq“Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri kimi stratejilayihələrin inkişafına da təkan verəcək".

Deputat qeyd edib ki, görüş zamanı imzalanan bir neçə sənədölkələr arasında əməkdaşlığın müxtəlif sahələrdə, xüsusilənəqliyyat, enerji, ticarət və iqtisadiyyat sahələrində daha dagenişlənməsinə zəmin yaradır.

"Bu sənədlər regional inteqrasiyanın dərinləşdirilməsi,sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, birgə investisiyalayihələrinin təşviqi və enerji resurslarının səmərəli idarəolunması kimi mühüm istiqamətləri əhatə edir.

Türkmənbaşı görüşü Azərbaycan, Türkmənistan və Özbəkistanarasında qarşılıqlı anlaşma və strateji əməkdaşlığın möhkəmlənməsiüçün yeni imkanlar açdı. İmzalanan sənədlər və razılaşmalar üçölkənin regional inteqrasiya, iqtisadi inkişaf və enerjitəhlükəsizliyi istiqamətində mühüm addımlar atmasına şəraityaradır. Bu da öz növbəsində bölgədə sülh, sabitlik və rifahıntəmin olunmasına öz töhfəsini verəcək," - deyə S. Mikayılovafikirini tamamlayıb.

Seçilən
53
3
az.trend.az

10Mənbələr