AZ

Rekord ölüm, qocalan xalq –Ukraynada əhali sürətlə azalır? /SƏBƏBLƏR

Ukraynanın əhalisi müharibə səbəbindən təxminən 10 milyon nəfər azalıb.

AzPost bildirir ki, bu barədə Frontliner məlumat yayıb.

2022-ci ilin əvvəlində Krımda olanları nəzərə almasaq, Ukraynada 40 milyondan çox insan yaşayırdı. 2024-cü ilin məlumatlarına görə  bu say 35,8 milyon olub. Onlardan yalnız 31,1 milyonu nəzarət edilən ərazidədir.

Daha 5 milyon insan xaricdə, əsasən Avropadadır: ən çoxu Almaniya, Polşa və İtaliyadadır.

Məqalədə deyilir ki, kütləvi miqrasiya, rekord ölüm, doğum səviyyəsinin aşağı düşməsi və qocalmış xalq Ukraynanın gələcəyinə ciddi problem yaradır.

2023-cü ildə təxminən 495 min ölüm qeydə alınıb ki, bu da müharibədən əvvəlki illərlə müqayisədə üç dəfə çoxdur. Həmin il cəmi 180 min uşağın doğulub. Hər 100 doğuşa 280 ölüm faktı var. Bu müasir tarixdə ən az göstəricidir. Bunun səbəbləri təhlükə, iqtisadi çətinliklər və gələcəklə bağlı qeyri-müəyyənlikdir.

AzPost.az

Seçilən
10
1
azpost.info

2Mənbələr