AZ

Rusiya dondurulmuş 10 milyard avrosunu itirdi

Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avropa İttifaqı (Aİ) 2025-ci ilin ilk 7 ayı ərzində Rusiya Mərkəzi Bankının dondurulmuş vəsaitlərindən Ukraynaya 10,1 milyard avro köçürüb.

"Unikal" xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatlarında qeyd olunub. 

Məlumata görə, Brüssel bu vəsaitləri hərbi və mülki layihələri maliyyələşdirmək üçün istifadə edir. Mart, may, iyun və iyul aylarında Ukrayna hökuməti Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi mənfəətdən hər biri 1 milyard avro, yanvarda 3 milyard avro, apreldə isə 3,1 milyard avro əldə edib.

Bəzi siyasətçilər iddia edirlər ki, Kiyev təkcə faizlərə deyil, bütün Rusiya fondlarına çıxış əldə etməlidir. Lakin iqtisadçılar belə bir addımın maliyyə sistemi üçün dağıdıcı nəticələri barədə xəbərdarlıq edirlər.

Ağarza Elçinoğlu 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
5
unikal.az

6Mənbələr