AZ

Avropadan ABŞ a bəzi poçt bağlamarının göndərilməsi müvəqqəti dayandırılacaq

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Fransa, İspaniya, Almaniya və Böyük Britaniyanın milli poçt xidmətləri gələn həftədən etibarən ABŞ-a bağlama göndərişlərini müvəqqəti olaraq dayandıracaqlarını açıqlayıb.

APA xəbər verir ki, bu haqda məlumatı “Politico” dərgisi yayıb.

Məlumata görə, buna səbəb bu ayın sonundan etibarən 800 dollardan az dəyəri olan malların idxalına tətbiq ediləcək yeni tariflərin qüvvəyə minməsidir.

Belə ki, ABŞ Prezidenti Donald Tramp keçən ay imzaladığı sərəncamla, uzun müddətdir qüvvədə olan aşağı dəyərli malların idxalına vergi azadlığını 29 avqustdan etibarən ləğv edib.

Göndərişləri dayandıran poçt xidmətləri Vaşinqtonu yeni qaydalara hazırlaşmaq üçün onlara kifayət qədər vaxt verməməkdə günahlandırıblar.

Qeyd edilib ki, bazar ertəsindən etibarən qüvvəyə minəcək bu məcburi tədbirlər yeni tariflərlə bağlı praktik həll yolları tapılanadək davam edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
7
apa.az

8Mənbələr