AZ

İstanbulda son 65 ilin ən quraq iyul ayı qeydə alınıb

İstanbul, 23 avqust, Günel Karatepe, AZƏRTAC

Bu il İstanbul da daxil olmaqla, Türkiyənin Mərmərə bölgəsinin bəzi vilayətlərində son 65 ilin ən quraq iyul ayı qeydə alınıb. Ümumiyyətlə cari ilin yay ayları ərzində bölgədə yağıntıların böyük miqdarda azalması müşahidə olunub.

AZƏRTAC xəbər verir ki, ötən ay İstanbul, Sakarya, Bursa, Bilecik, Çanaqqala və Balıkesir vilayətlərinin bəzi yerlərində yağıntı cəmi 1 gün davam edib.

Ölkənin Hidrometeorologiya Baş İdarəsinin hesablamalarına əsasən, bölgəyə ötən ilin eyni dövründə 18,5 millimetr yağıntı düşdüyü halda, ötən ay bu rəqəm cəmi 1,2 millimetr təşkil edib. Beləliklə, iyul ayı üzrə yağıntı çoxillik orta göstəriciyə nisbətdə 95 faiz, ötən ilin eyni ayına görə isə 94 faiz azalıb.

Mütəxəssislər yaxın günlərdə də bölgədə yağıntı olacağını proqnozlaşdırmırlar.

Seçilən
13
4
azertag.az

5Mənbələr