AZ

Bu görüş türk dövlətlərinin əməkdaşlıq və inkişafında yeni səhifə açacaq

Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün yekunlarının təhlili göstərir ki, bu tədbir Türk dövlətlərinin əməkdaşlıq və inkişafında yeni bir səhifə açacaq. Vacib anlaşmalar ilə yanaşı, imzalanan sənədlər arasında Türkmənistanın Arxadağ şəhəri ilə Füzuli şəhərlərinin qardaşlaşması da var. Bu, Azərbaycan-Türkmən xalqlarının qardaşlığının bir daha rəmzidir.

Publika.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkədəki paylaşımda qeyd edib.

O qeyd edib ki, uzun müddət Ermənistan işğalında qalan, tamamilə dağıldan və Zəfərdən sonra bərpa və yenidənqurma mərhələsinə qədəm qoyan Füzuli şəhəri artıq Türk dünyasındakı şəhərlər ilə qardaşlaşır və əlaqələrin inkişafına töhvə verir.

"Eyni zamanda, bir müddət öncə Azərbaycana səfəri zamanı Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Füzulidə olarkən məscidin tikintisi ilə bağlı təklif irəli sürmüşdü. Türkmənistan səfəri zamanı Azərbaycan Prezidenti artıq məscidin memarlıq təsvirinin hazır olduğunu və yaxın gələcəkdə təməlinin də qoyulacağını bildirdi. Bu, qardaş türkmən xalqının Azərbaycan xalqına dəstəyinin və diqqətinin nümunəsidir.

Seçilən
11
2
publika.az

3Mənbələr