AZ

Əminə Ərdoğan Trampın xanımına məktubla ÇAĞIRIŞ ETDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan ABŞ-ın birinci xanımı Melaniya Trampa məktub göndərib.

Bizim.Media xəbər verir ki, Ə.Ərdoğan məktubda Melaniya Trampı Ukraynadakı müharibəyə göstərdiyi həssaslığı Qəzzadakı humanitar böhrana da göstərməyə çağırıb:

“Ukraynada kimsəsiz uşaqlara qarşı həssaslığınız ürəklərdə ümid yaradan təşəbbüsdür.

Uşaqların mehriban və təhlükəsiz mühitdə böyümək hüququ var.

Bu hüquq heç bir coğrafiya, irq, etnik kimlik, dini qrup və ya ideologiyanın imtiyazı deyil.
 

Ona görə də bu hüquqdan məhrum olan məzlumların yanında olmaq, bu kontekstdə böyük məsuliyyət daşıyır.


Ukraynada müharibənin dağıdıcı təsirləri altında məhv edilən ailələr və yetim qalan uşaqlara göstərdiyiniz həssaslığı inanıram ki, iki il ərzində 18 mini uşaq olmaqla 62 min günahsız vətəndaşın həlak olduğu Qəzza üçün də göstərəcəksiniz”.

Bizim.Media

Seçilən
29
12
bizim.media

10Mənbələr