Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən mətbuata verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 21-25, gündüz 29-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 755 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-25, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacağı proqnozlaşdırılır.
XQ