AZ

Amerikalı diplomat: İrəvanı Moskva asılılığından Bakı qurtaracaq

BAKI, 23 avqust. TELEQRAF

“Azərbaycan neft-qazının Ermənistana tədarükü Ermənistanı Rusiyanın enerji asılılığından qurtaracaq”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Robert Sekuta Azərbaycan və Ermənistan arasında avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmanı “Energy Intelligence”ə şərh edərkən deyib.

“Regiondakı son inkişaflardan sonra Azərbaycan neft-qazının Ermənistana tədarükü İrəvanı Rusiyanın Ermənistanın enerji təchizatı ilə bağlı sıxışdırmasına alternativ təmin edəcək”, - diplomat bildirib.

Həmçinin Sekuta hesab edir ki, regionu həqiqətən dəyişdirəcək çoxdan arzulanan, Türkmənistan qazını Azərbaycan üzərindən Avropaya çatdıran Transxəzər boru kəməridir.

Keçmiş səfir əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın son həmləsi Vaşinqtonun bir-biri ilə sıx bağlı olan Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında fəaliyyətində nəzərəçarpacaq addımdır.

Seçilən
28
8
teleqraf.com

9Mənbələr