AZ

Putin bu dövlətlərin liderlərini TƏHDİD ETDİ: “Əgər Rusiyanı dəstəkləməsəniz…”

“Rusiya Prezidenti Vladimir Putin son çıxışında “düşmən dövlət yoxdur, sadəcə düşmən mövqeyi tutan elitalar var” ifadəsi ilə beynəlxalq münasibətlərdə yeni müstəviyə işarə edib”.

Bu fikirləri KONKRET.az-a şərh edən Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov səsləndirib. Putinin bu yanaşması birbaşa həmin dövlətlərin rəhbərliklərinə ünvanlanmış mesajdır:

Vəli Əlibəyov

“Burada birbaşa olaraq Rusiyanın siyasətinə qarşı fərqli mövqe tutan dövlətlərin rəhbərliyinə təhdid var. Yəni demək istəyir ki, əgər bizi dəstəkləməsəniz, o zaman ölkənizdə Rusiyaya yaxın olan elitaların hakimiyyətə gəlməsi üçün əlimizdən gələni edəcəyik”.

Əlibəyovun sözlərinə görə, bu yanaşma dövlətlərin daxili işlərinə qarışmaq təhdidlərini üzə çıxarır:

“Ukraynada da oxşar proseslər baş vermişdi. Rusiya, Qərbyönlü mövqeyin gücləndiyini gördükcə həmin ölkədə çevriliş cəhdlərinə başladı və istədiyi elitaları hakimiyyətə gətirməyə çalışdı. İndi də oxşar proses Ermənistanda gündəmə gələ bilər”.

Politoloq hesab edir ki, Moskvanın bu planlarını həyata keçirmək imkanı əvvəlki kimi deyil:

“Rusiya çalışacaq ki, bəzi ölkələrdə hakimiyyət dəyişikliyi etsin, özünə uyğun elitaları irəli çəksin. Amma düşünmürəm ki, bu, real olsun. Rusiyanın əvvəlki gücü artıq yoxdur. Ona görə də Putinin açıqlaması daha çox təhdid xarakteri daşıyır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
18
3
konkret.az

4Mənbələr