Abşeron rayonunun Saray qəsəbəsi, Muxtar Abbasov küçəsində yerləşən fərdi yaşayış evində yanğın hadisəsi qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb edilib.
İlkin məlumata görə, 5 otaqdan ibarət olan ev tamamilə yanaraq külə dönüb.
Yanğının səbəbləri araşdırılır.
"Cebheinfo.az"