Ajans.az yerli mediaya istinadla bildirir ki, 28 yaşlı qadın həkimlərə sol böyrək sancısından şikayətlənib. Müayinə və mütəxəssislərin qəbulundan sonra məlum olub ki, pasiyent 34–35-ci həftəlik hamilədir və ağrının səbəbi vaxtından əvvəl başlayan doğuş imiş. Qadının özü isə hamilə olduğunu bilməyib. Mütəxəssislər doğuşu müəssisədə qəbul ediblər. Oğlan uşağının çəkisi 2600 qram olub, həyat göstəriciləri normal olub. Hazırda uşaq artıq həkim nəzarəti altında evə yazılıb.