AZ

Röya Ayxanın şikayət etdi, "lent.az”ın instagram səhifəsi bloklandı - Mətbuat Şurası hansı addımı atmağa hazırlaşır?

"Son müşahidələr göstərir ki, "Instagram” sosial platformasında fəaliyyət göstərən xəbər səhifələri, böyük izləyici kütləsinə malik müğənnilər, bloqerlər, influenserlər və həkimlərin şikayətləri əsasında, heç bir əsas olmadan bağlanır. Qeyd etmək lazımdır ki, bu şəxslər ictimai maraq funksiyası daşıyır və onların fəaliyyəti barədə məlumat paylaşmaq tamamilə qanunidir".

Mia.az xəbər verir ki, bu sözləri lent.az-a Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyasının sədri Hacıbəy Heydərli deyib.

Hacıbəy Heydərli həmçinin qeyd edib ki, Azərbaycan Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyası bu kimi hallarla bağlı təkliflər hazırlayacaq: "Düşünürəm ki, sosial mediada fəaliyyət göstərən və peşəkar jurnalistika prinsiplərinə sadiq olan media səhifələrinin qorunması, onların əsassız müdaxilələrdən müdafiəsi vacib məsələdir. Son vaxtlar bu istiqamətdə daxil olan müraciətlərin çoxluğu sosial media platformalarında jurnalistlərin hüquqi müdafiəsinin zəif olduğunu ortaya qoyur.

Seçilən
5
1
mia.az

2Mənbələr