AZ

KİV: İran hava hücumundan müdafiə sisteminin bərpası üçün Belarusdan kömək istəyir

Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İran İsraillə 12 günlük müharibə zamanı zədələnmiş hava hücumundan müdafiə və elektron döyüş sistemlərinin bərpası üçün Belarusdan kömək istəyir.

APA “The Kyiv Independent”ə istinadən xəbər verir ki, bu barədə Ukranya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

Bildirilib ki, bu tələb İran Prezidenti Məsud Pezeşkianın Minskə son səfəri zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə qaldırılıb.

Rəsmi müzakirələr ticarət və sərmayə üzərində dayansa da, Ukrayna kəşfiyyatı Tehranın müdafiə ehtiyacları üçün gizli dəstək axtardığını da əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
6
apa.az

7Mənbələr