AZ

Bu 3 cihazı heç vaxt rozetka dan ayırmayın: Bunu unutmaq olmaz!

News24 portalından verilən məlumata əsasən, ain.az bildirir.

Evdən çıxmazdan əvvəl bütün cihazları rozetkadan ayırmaq ənənəsi göründüyü qədər faydalı deyil. 

News24.az xəbər verir ki, bəziləri belə etməklə yanğın riskini azaltdığını və avadanlıqların ömrünü uzatdığını düşünsə də, təcrübə göstərir ki, bəzi qurğuları şəbəkədən ayırmaq əksinə ziyan gətirə bilər. 

OLED televizorlar

Onları hər gecə tam söndürmək ekrana ciddi zərər vura bilər. Səbəb isə budur: televizor gecə piksel bərabərləşdirmə proqramı işlədir və bu, yanmaların qarşısını alır. Şəbəkədən ayırmaq həmin prosesi pozur, nəticədə ekranda kölgələr və nasazlıqlar yaranır. 

Printerlər

Daimi söndürülüb-yandırılma onların “düşməni”dir. Çünki hər işə salınanda başlıqların təmizlənməsi başlayır və bu, həm mürəkkəbi, həm də kartrici tez tükəndirir. Halbuki düymə ilə söndürülən printer “yuxu rejiminə” keçir və həm sərfiyyatı azaldır, həm də hər an istifadəyə hazır qalır.

Wi-Fi routerlər

Gecə routeri söndürmək enerjiyə qənaət kimi görünsə də, səhər xoşagəlməz sürprizlər yaradır: telefon yeniləmələri yüklənmir, məktublar gecikir, “ağıllı” cihazlar yenidən qoşulma tələb edir. Halbuki routerin enerjisi közərmə lampasından da azdır, qarşılığında isə sabit internet təmin edir.

Heç vaxt şəbəkədən ayırmamalı olduğunuz digər cihazlar:

Soyuducu və dondurucu – ərzaqlar xarab ola bilər;

Təhlükəsizlik sistemi – ev qorunmasız qala bilər;

Smart termostatlar – iqlim nəzarəti pozula bilər;

Tibbi avadanlıq – sağlamlıq risk altına düşə bilər.

Aqil

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
5
news24.az

6Mənbələr