AZ

Ailələr arasında torpaq mübahisəsi ölümlə bitdi

Türkiyənin Diyarbəkir vilayətinin mərkəzi Yenişehir rayonunda torpaq mübahisəsi zəminində baş verən silahlı davada 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

İki ailə arasında baş verən münaqişədə yaralılardan biri hadisə yerində, digəri isə xəstəxanada vəfat edib. Digər 4 nəfərin müalicəsi davam edir. 

Hadisə ilə bağlı 13 şübhəli saxlanılıb. 

"Cebheinfo.az" 

Seçilən
3
2
cebheinfo.az

4Mənbələr