AZ

Ərdoğanın xanımından Melaniya Trampa məktub: Heç ağlınıza gələrdimi ki...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan, ABŞ lideri Donald Trampın həyat yoldaşı Melaniya Trampa məktub göndərib.

Publika.az xəbər verir ki, Əminə Ərdoğan Melaniya Trampı Qəzzadakı humanitar böhrana eyni həssaslığı göstərməyə çağırıb.

O, məktubunda qeyd edib ki, Ağ Evdəki görüşlərində onun səmimi söhbətini və zərif qonaqpərvərliyini altı il keçməsinə baxmayaraq unutmayıb.

Birlikdə olduqları nahar və bağdakı gəzintiləri zamanı Melaniya Trampın müasir məsələlərə dair vicdanlı yanaşmasını hiss etdiyini qeyd edən Əminə Ərdoğan, bu həssaslığın onun bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putinə yazdığı məktubda da öz əksini tapdığını bildirib.

"Ukrayna üçün göstərdiyiniz həssaslıq ürəklərə ümid bəxş edir. Məktubunuzda da qeyd etdiyiniz kimi, uşaqların sevgi dolu və təhlükəsiz bir mühitdə böyümək haqqı universal və mübahisəsiz bir haqqdır. Bu haqq, heç bir coğrafiyanın, irqin, etnik kimliyin, dini qrupun ya da ideologiyanın imtiyazı deyil. Beləliklə, bu haqdan məhrum edilmiş məzlumların yanında olmaq, bütöv bir insanlıq üçün böyük məsuliyyəti yerinə yetirməkdir. Xüsusilə bir lider xanımı olaraq, Ukraynadakı müharibənin dağıtdığı həyatlara, əzab çəkən ailələrə və kimsəsiz qalan uşaqlara göstərdiyiniz həssaslıq həqiqətən ürəklərə ümid bəxş etdi.

Savaşda həlak olan 648 Ukrayna uşağı üçün göstərdiyiniz bu önəmli həssaslığı, iki il ərzində 18 mini uşaq olmaqla, 62 min günahsız sivilin zalımcasına qətlə yetirildiyi Qəzza üçün də daha güclü şəkildə göstərəcəyinizə inanıram. Qəzza bənzərsiz bir zülmün və müasir dövrün ən acı soyqırımının şahididir. BMT Uşaq Fondu Qəzzada hər 45 dəqiqədə bir uşağın həyatını itirdiyini, yerin üstünü uşaqlar üçün bir "cəhənnəm", yerin altını isə "uşaq məzarlığı" olaraq misal çəkir. Müharibələrdə şəxsiyyəti müəyyən edilməyən əsgərlər üçün istifadə edilən "naməlum əsgər" anlayışını bir gün uşaqlar üçün də istifadə edəcəyimizi ağlınıza gətirərdinizmi?

Seçilən
19
publika.az

1Mənbələr