AZ

Yasamalda 37 yaşlı qadının qətli ilə bağlı CİNAYƏT İŞİ açıldı

Avqustun 23-də paytaxtın Yasamal rayonu ərazisində 1988-ci il təvəllüdlü İradə Muradovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Hakimiyyet.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, ilkin araşdırmalarla 1977-ci il təvəllüdlü Emin Ağacanovun aralarında yaranmış mübahisə zamanı tanışı İradə Muradovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Emin Ağacanov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

Seçilən
22
20
hakimiyyet.az

10Mənbələr