Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ABŞ-ın birinci xanımı Melaniya Trampa məktub ünvanlayıb.
Sitat.info xəbər verir ki, məktubda o qeyd edib:
"İnanıram ki, sizin müharibədə həlak olmuş 648 ukraynalı uşağa göstərdiyiniz mərhəmət Qəzza uşaqlarına da göstəriləcək. Çünki son iki ildə 62 min günahsız dinc sakin, o cümlədən 18 min uşaq amansızcasına qətlə yetirilib".