AZ

Ağstafada AĞIR QƏZA: ölən və yaralanan var

Ağstafada Böyükkəsik - Saloğlu yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, "Toyota" markalı avtomobilin aşması nəticəsində 2002-ci il təvəllüdlü Zəlimxan kənd sakini Ayxan Məmmədov hadisə yerində vəfat edib.

Avtomobildə olan daha bir nəfər isə Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

İlkin məlumata görə, A. Məmmədov yaxın günlərdə diplom alıbmış və dostları ilə bu hadisəni qeyd etmək istəyirmiş.

Seçilən
9
publika.az

1Mənbələr