AZ

Ağdamda əkin sahəsində yanğın törədən şəxs saxlanılıb

Ağdam rayonunun Əfətli kəndinin ərazisində əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, araşdırmalar nəticəsində yanğını 64 yaşlı Nuşrəvan Əliyevin törətdiyi məlum olub.

Hadisə nəticəsində 1 hektar ərazidə quru ot və kol-kos yanıb. Həmin şəxs saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Seçilən
22
27
xezerxeber.az

10Mənbələr