Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Ağdam rayonunun Əfətli kəndinin ərazisində əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Demokrat.az-a verilən məlumata görə, araşdırmalarla yanğını 64 yaşlı Nuşrəvan Əliyevin törətdiyi məlum olub. Hadisə nəticəsində 1 hektar ərazidə ərazidə quru ot və kol-kos yanıb.
Həmin şəxs saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.