AZ

“Qarabağ” - “Ferensvaroş” matçına böyük maraq

style='margin-bottom:10px;'>

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” - “Ferensvaroş” (Macarıstan) matçına böyük maraq var.

QOL.az saytının əldə etdiyi xəbərə görə, satışa çıxarıldığı 2 gün ərzində 30 minə yaxın bilet artıq satılıb.

Hazırda ən bahalı sayılan 300 manatlıq yerlərə daha çox yer qaldığı bildirilir.

Xatırladaq ki, “Qarabağ” “Ferensvaroş”a səfərdə ilk matçda 3:1 hesabı ilə qalib gəlib. Cütün qalibi Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanacaq. 

Cavab oyunu avqustun 27-si, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və yerli vaxtla saat 20:45-də başlanacaq.

Seçilən
10
2
teleqraf.com

3Mənbələr