AZ

Ramil Səfərovun həyat yoldaşı BDU-dakı işindən ayrıldı

Bakı Dövlət Universitetinin (BDU) rektorunun müşaviri Şəbnəm Səfərova işindən ayrılıb.

Sherg.az Modern.az-a istinadla xəbər verir ki, polkovnik-leytenant Ramil Səfərovun həyat yoldaşı universitetdəki fəaliyyətini sonlandırıb.

O, BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri vəzifəsində çalışırdı.

Şəbnəm Səfərovanın işdən ayrılma səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, Ş.Səfərova bu vəzifəyə 2023-cü il yanvar ayında təyin edilib.
Seçilən
15
18
sherg.az

10Mənbələr