Polkovnik-leytenant Ramil Səfərovun həyat yoldaşı Şəbnəm Səfərova Bakı Dövlət Universitetindəki (BDU) işindən ayrılıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda o sosial şəbəkədə paylaşım edib.
Qeyd edək ki, Ş. Səfərova BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri vəzifəsində çalışırdı.