AZ

Lerikdə torpaq sürüşməsi oldu - FOTOLAR

LERİK, 23 avqust. TELEQRAF

Lerikdə torpaq sürüşməsi baş verib.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, rayonun Çayurd kənd sakini İnşəllah Mirzəyevə məxsus həyət sahəsində FHN-in əməkdaşları istinad divarı tikərkən iri torpaq layları qoparaq yaşayış evinin ətrafına doğru hərəkət edib.

Hadisə zamanı evə ziyan dəyməsə də, nazirlik əməkdaşları burada yaşamağın təhlükəli olduğunu bildiriblər.

İnşəllah Mirzəyevin sözlərinə görə, ərazidə görülməsi nəzərdə tutulan qabaqlayıcı tədbirlər artıq təxirə salınıb. Evin isə hər an sürüşmə nəticəsində uçmaq təhlükəsi var.

Seçilən
13
2
teleqraf.com

3Mənbələr