AZ

Əlini avtomobildən çölə çıxaranlara 40 manat cərimə tətbiq olunur? – Açıqlama


Bakı Şəhər Dövlət Yol Polisinin son xəbərdarlığı sürücülər arasında çaşqınlıq yaradıb.
Yeniavaz.com
"Kaspi" qəzetinə istinadən xəbər verir ki, xəbərdarlıqda sükanın tək əllə idarə edilməsi və bir əlin avtomobilin pəncərəsindən çölə çıxarılmasının təhlükəli olduğu bildirilir. Bir çoxları bu məsələ ilə bağlı 40 manat cərimə tətbiq olunacağını iddia edirlər.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən də bildirilib ki, bəzi yol nəqliyyat hadisələrinin səbəbi sürücünün idarəetməni itirməsidir. Buna görə də avtomobil idarə edən zaman sükanı buraxmaq düzgün deyil. Məsələ ilə bağlı vətəndaşlara çağırış da edilib. O da qeyd edilib ki, əlini çölə çıxardaraq avtomobil idarə etməyə görə heç bir cərimə tətbiq olunmayıb. Amma sürücü hər iki əlini sükandan çəkərək maşını idarə edərsə, 40 manat məbləğində cərimə edilə bilər.
Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bildirib ki, bu xəbərdarlıq ajiotaja səbəb olub, çünki sürücülər qərarı səhv anlayıb: "342-ci maddənin əli sükandan çəkməklə cərimə yazılması qaydası əvvəldən də var idi. Yəni yeni qərar deyil. Yəqin bundan sonra nəzarət daha da gücləndiriləcək. Yol polisi də açıqlama verib ki, əli sükandan çəkdikdə cərimə yazılacaq. Bir əllə maşın sürməyin təhlükəli olması ilə bağlı informasiya verib. Amma insanlar bunu yanlış anlayıb. Elə biliblər ki, qərar yenidir. Cərimə əli pəncərədən çıxarmağa görə yazılacaq. Əslində bununla bağlı cərimə mövcud deyil".
Seçilən
5
3
yeniavaz.com

4Mənbələr