AZ

Yüksək bal topladılar, lakin tələbə adını qazana bilmədilərVİDEO

Azərbaycanda 600-dən yuxarı bal toplayan 10 abituriyent ali məktəbə qəbul ola bilməyib.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, IV ixtisas qrupü üzrə 10 abituriyent 600-dən yuxarı bal toplasa da, ərizələrində məhdud sayda ixtisas kodu göstərib və nəticədə də müsabiqədən keçməyib.

Xezerxeber.az-ın məlumatına görə, həmin yerlərə daha yüksək bal toplayan abituriyentlər qəbul olublar və keçid balı yüksək olub.

O da bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər avqustun 28-dən sentyabrın 8-dək portal.edu.az saytında qeydiyyatdan keçməlidirler. Əks halda yerləşdiyi ixitsasda təhsil almaqdan imtina edir.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, ilk diqqət edilməli məsələ ixtisas seçimi zamanı hesablanan keçid ballarıdır.

Ekpert müsabiqədən keçə bilməməyə səbəb kimi keçid ballarında müşahidə edilən artımı göstərib. İxtsas seçimi zamanı abituriyentin az yer qeyd etməsi də onun qəbul şansını azaldıb.

O da bildirilib ki, qəbul ola bilməyən abituriyentlər üçün boş qalan plan yerləri açıqlanacaq.

Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 88756 nəfər iştirak edib. Onlardan 57236 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 27956 nəfər dövlət sifarişi əsasında, 29280 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
26
xezerxeber.az

1Mənbələr