AZ

Kür çayında balıq və digər su bioloji resurslarının məhv olması faktı ilə bağlı araşdırmalara başlanılıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti (SİMDNX) tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı Kür çayının Azərbaycan Respublikasına daxil olan hissəsində balıq və digər su bioloji resurslarının məhv olması faktı aşkar edilib.

SİMDNX-dən AZƏRTAC-a verilən məlumata görə, qeyd olunan hallarla əlaqədar, Xidmət tərəfindən ilkin araşdırmalara başlanılıb. Sözügedən ərazidən su nümunələri götürülərək, analizlərin aparılması üçün Mərkəzi Laboratoriyaya təqdim edilib.

Analizlərin nəticələri əldə olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Seçilən
31
21
yeniazerbaycan.com

10Mənbələr