AZ

Gürcüstanda DTX rəhbəri istefa verdi Yeni vəzifəyə təyinat

ain.az, GlobalInfo saytına istinadən bildirir.

18:51

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Anri Oxanaşvili vəzifəsindən getdiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o bu barədə Feysbukda bildirib.

Oxanaşvili Baş nazir İrakli Kobaxidzenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsini tutmaq niyyətində olduğunu qeyd edib.

Baş nazir isə bildirib ki, Gürcüstan DTX-nin yeni rəhbəri hakim partiyanın icraçı katibi Mdinaradze olacaq.

***

İstefa verən Anri Oxanaşvili Gürcüstan Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri təyin edilib.

İ.Kobaxidze bildirib ki, Oxanaşvili baş nazirin müşaviri kimi hökumət administrasiyasında analitik işlər aparacaq və ölkənin təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək.

“Bildiyiniz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Anri Oxanaşvili bu vəzifədən istefa verib. Qısa müddət ərzində xidmət zamanı bir çox mühüm dəyişikliklər həyata keçirilib və şəxsən onun əməyini yüksək qiymətləndirirəm. Hazırda isə baş nazirin müşaviri kimi analitik işlər aparacaq”, – Kobaxidze bildirib.

Baş nazir qeyd edib ki, regiondakı mürəkkəb və çətin vəziyyət, ABŞ və Avropa İttifaqı ilə münasibətlər, həmçinin ölkənin qarşısında duran təhlükəsizlik problemləri analitik yanaşma tələb edir. Bu baxımdan, Oxanaşvilinin vəzifəsi informasiyanın işlənməsi və milli təhlükəsizliklə bağlı tövsiyələrin hazırlanmasıdır.

İ.Kobaxidze həmçinin vurğulayıb ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəhbəri hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze olacaq:

“Onun xüsusi təqdimata ehtiyacı yoxdur. Sadəcə qeyd edim ki, onun hüquq-mühafizə orqanlarında kifayət qədər uzunmüddətli iş təcrübəsi var, bu da Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifələrinin yerinə yetirilməsi üçün çox vacibdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
11
globalinfo.az

10Mənbələr