AZ

Qalina Mehdiyeva məhkəmədə uduzdu

Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı, professor Mehdiyeva Qalina Yuriyevnanın sahibi olduğu "Fireland Vineyards" şərab zavodu məhkəmədə Səidov Elmar Çingiz oğluna uduzub. 

"Unikal"ın əldə etdiyi məlumata görə, proses Bakı Apellyasiya Məhkəməsində keçirilib. 

Belə ki, sözügedən şərab zavodunda direktor olan Elmar Səidov bu vəzifəsindən azad olunmaq istəyib. Lakin xanım Mehdiyeva onu işdən çıxarmayıb. Nəticədə E.Səidov onu məhkəməyə verib və qalib gəlib. 

Qeyd edək ki, 26.01.2007-ci ildə dövlət qeydiyyatına alınan “Fireland Vineyards” MMC Azərbaycanın ən böyük şərab istehsalçılarından biridir.

Məlumat üçün bildirək ki, "Fireland Vineyards" MMC xammal kimi əsasən Novxanı qəsəbəsində "Duzlu göl" adlandırılan ərazinin yaxınlığında yetişdirilən üzümdən istifadə edir. Həmin ərazidə Qalina Mehdiyevaya məxsus 113 hektar torpaq sahəsində üzüm sahəsi var. Zavodun xammal kimi bu bağın üzümlərindən istifadə etdiyi deyilir.

Ağarza Elçinoğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
2
unikal.az

3Mənbələr